Şahbuzun Mahmudoba kəndində yanğınlar törədən şəxs saxlanılıb

7 Baxış

Şahbuzun Mahmudoba kəndində yanğınlar törədən şəxs saxlanılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, son üç gündə Şahbuz rayonunun Mahmudoba kəndində silsilə yanğınlar (4 yanğın) törədən Mahmudoba kənd sakini Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının apardığı təxirəsalınmaz əməliyyatlar nəticəsində saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyi tərəfindən faktla bağlı araşdırmalar davam etdirilir.