Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türk gəmisi Qara dənizdə itib

27 Baxış

Qara dənizdə fırtınalı hava şəraiti davam edir.

Turanmedia.az-ın məlumatına görə, TNS NTV-yə istinadən xəbər verir ki, fırtına səbəbindən Türkiyənin Zonquldak vilayətində limana sığınan bir gəmi, daha sonra oradan ayrılıb. “Kafkametler” adlı gəmi limandan ayrılandan qısa müddət sonra itib. Göyərtəsində 12 Türkiyə vətətndaşının olduğu yük gəmisi ilə əlaqə qurmaq mümkün olmayıb.

Məlumata görə, Rusiyadan İzmirə yük daşıyan, Türkiyə bayrağı altında üzən gəminin axtarışları davam edir. Əlverişsiz hava şəraiti davam etdiyi üçun axtarışlara helikopter cəlb etmək mümkün olmayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678