Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hindistan şirkəti haubitsaları Ermənistana göndərmək üçün müqavilə bağlayıb

28 Baxış

Hindistanın “Bharat Forge” şirkəti özüyeriyən 155 mm-lik MArG haubitsalarının Ermənsitana tədarükü üçün müqavilə bağlandığını təsdiqləyib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Sazişin məbləği barədə məlumat yoxdur.

Qeyd edək ki, MArG sərt dağlıq ərazilərdə işləmək qabiliyyətinə malikdir. Onun qabaqcıl texniki performansı sayəsində atəş və zərbə qabiliyyəti təmin etdiyi iddia olunur. 39 kalibrli lüləsi olan 155 mm-lik dağ artilleriya silahının mənzili 24-30 kilometr arasındadır.

MArG Hindistan istehsalı olan “Ashok Leyland Mk 4” hərbi texnikası əsasında hazırlanıb və beş nəfərlik heyətə malikdir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678