Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məşhur müğənninin sinəsi amputasiya olunacaq

37 Baxış

Bağısaq xərçəngindən əziyyət çəkən, daha sonra isə uzun müddət sinə xərçəngi ilə mübarizə aparan müğənni Fulden Urasın sinəsi amtupasiya olunacaq.

Turanmedia.az-ın məlumatına görə, TNS Türkiyə mediasna istinadən xəbər verir ki, 13 ildə 22 dəfə əməliyyat olunan 54 yaşlı məşhur bu barədə sosial mediada məlumat yayıb.

“22 əməliyyat. 22 narkoz. Hər birindən ümidlə, “bu sonuncu olacaq” deyə dualarla çıxmaq. 13 il demək asandır. Mənə çox əziyyət verdin, amma yenə də “sağ ol” dedim. Həmişə halıma şükür etdim, dərmansız dərd deyildin. Sabah səninlə vidalaşıram, sağ döş. Ürəyim dolu olsa da, kədərlənmirəm, əksinə, sevinirəm. Ən kiçik bir kədərdə şişib, infeksiyalaşan bir orqan daha bədənimdə olmayacaq. Təsəvvür edin ki, artıq ağrısız olmaq mənim üçün nə qədər dəbdəbədir. Bir az emosionalam, anam üçün darıxıram. Hal-hazırda sağ olsaydı, necə də kədərlənərdi. Özünə necə dərd verərdi. Bilirəm ki, mələyim məni ordan qoruyacaq. Əziz dostlarım, bundan sonra hər zaman sizə şad xəbər verəcəm, ağrım bazar ertəsi bitəcək. Narahat olmayın, mən çox təhlükəsiz əllərdəyəm. Hələlik həkimlərim alınacaq döşün silikonla dəyişdirilməsini məqsədəuyğun görmədilər. Əməliyyatdan sonra bir daha məlumat verəcəm. Narahat olmayın bir neçə gün olmayacam. Hamını sevirəm, dualarınızı gözləyirəm. Əlvida dərdim, sağ sinəm”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678