Xankəndidə “böhran”: Araik sabah “vəzifədən” gedir
58 Baxış
Xankəndidə separatçıbaşı Araik Arutyunyanın “tş iclası” adı ilə keçirdiyi və 6 saat davam edən müzakirələrdən sonra erməni sakinlərə “istefası”nın müzakirə edildiyini bildirib.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, o, heç bir qərar verilmədiyini, sabah “istefasının” daha dar çərçivədə bir daha müzakirə ediləcəyini açıqlayıb.
Bəzi mənbələrə görə isə Araik Arutyunyan “istefa” verəcəyi təqdirdə keçmiş “xarici işlər naziri” Masis Mailyanın onun yerinə keçməsi üçün çalışacaq.
“Hraparak” Samvel Babayanın da “dövlət naziri” vəzifəsini alacağını yazıb.
Xəbərdə Araik Arutyunyanın ona, qardaşına və yaxın qohumlarına məxsus biznesini Qarabağdan çıxarmağa çalışdığı qeyd olunub.