Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AİİB-in Azərbaycan ayırdığı 100 milyonluq kredit hansı istiqamətdə xərclənəcək?

151 Baxış

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Azərbaycana 100 milyon dollar həcmində kreditin ayrılmasını təsdiqləyib.

Oxu.Az-ın AİİB-dən əldə etdiyi məlumata əsasən, proqramın məqsədi Azərbaycanda pandemiyanın əhalinin sağlamlığına, gəlirlərinə və iqtisadi imkanlarına, həmçinin ölkənin makroiqtisadi sabitliyinə mənfi təsirlərini azaltmaq üçün maliyyə tədbirlərini təşviq etməyə yönəlib.

Bankın kreditin təsviri ilə bağlı açıqlamasında qeyd edilib ki, 2021-ci ildə COVID-19 pandemiyasına cavab olaraq həyata keçiriləcək tədbirlərə 1,77 milyard ABŞ dolları civarında vəsait sərf olunacaq. Bu vəsaitin 350 milyon dolları xarici mənbələr hesabına maliyyələşdiriləcək. Asiya İnkişaf Bankı tərəfindən COVID-19-a qarşı Aktiv Mübarizə və Xərclərə Dəstək Proqramı (CARES) xətti ilə Azərbaycana daha öncə 250 milyon dollar həcmində kredit ayrılıb, AİİB tərəfindən isə 100 milyon dollar həcmində maliyyələşdirmənin həyata keçirilməsi gözlənilir.

Əlavə olaraq bildirilib ki, pandemiyaya cavab paketi çərçivəsində qalan 1,42 milyard dollar vəsait hökumət tərəfindən maliyyələşdiriləcək. 

Təklif olunan proqram üç əsas istiqamətə yönəlib. Belə ki, maliyyə vəsaiti hökümətin COVID-19-a qarşı mübarizə və səhiyyə sistemlərinin gücləndirilməsi, yoxsul və həssas əhali üçün sosial müdafiənin genişləndirilməsi və COVID-19-un təsirləri nəticəsində iş yerlərinin iqtisadi tənəzzüldən qorunması üçün maliyyə tədbirlərini əhatə edəcək.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678