Türkiyədə TIR aşıb, Azərbaycan əsilli sürücü ölüb
5 Baxış

Türkiyədə baş verən qəzada TIR aşıb.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Ərzurumun Tortum rayonunda noxud dolu yük maşınının aşması nəticəsində sürücü həlak olub.
Azərbaycan vətəndaşı 37 yaşlı V.N.-nin idarə etdiyi 35 ZA 114 nömrəli yük maşını Oltu-Törtüm avtomobil yolunun Aksu rayonu ərazisində idarəetməni itirərək aşıb.
Sürücü ilkin tibbi yardım göstərildikdən sonra Tortum Dövlət Xəstəxanasına aparılıb.
Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.