Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu

110 Baxış

Mingəçevirdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu

Turanmedia.az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu münasibətlə noyabrın 17-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib. İştirakçılar əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarnı bildiriblər.

Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxış keçirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi anılıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin müdiri Mahir Əliyev Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təbriklərini çatdırıb. Şəhər qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova, Bərdə regional Ədliyyə İdarəsinin rəis müavini Eldəniz İbrahimov, şəhər prokurorunun müavini Balahüseyn Şabanov, Ədliyyə Nazirliyinin Mingəçevir şəhər üzrə icra və probasiya şöbəsinin rəisi ədliyyə müşaviri Eynur Babayev, Mingəçevir şəhər məhkəməsinin sədri Nemət Paşayev, şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev çıxış edərək təbriklərini çatdırmış, ölkə Prezidenti İlham Əliyevin hüquq mühafizə orqanlarına göstərdiyti diqqətdən bəhs etmişlər. Çıxışçılar ədliyyə orqanlarının fəaliyyəti və uğurlar ilə yanaşı 2020-ci ildə 44 günlük Vətən müharibəsində cənab prezidentin qətiyyətindən, Milli Ordumuzun şücaətindən, dövlətimizin əldə etdiyi böyük zəfərdən danışmışlar.

Sonra ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı sənədli filmə baxış olub. Qeyd edək ki, tədbirdə Mingəçevir şəhər Asan Xidmət, İsmayıllı, Ağdaş və Göyçay rayonlarının qeydiyyat şöbələrinin, şəhər məhkəməsinin rəhbərliyi və əməkdaşları iştirak etmişlər.

 

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678