Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qocalar evi”ndə koronavirusa yoluxan var?

120 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki Sosial Xidmətlər Agentliyinin bütün sosial xidmət müəssisələrində olduğu kimi, “Qocalar evi” kimi tanınan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində də sakinlərin COVID-19 infeksiyasından qorunması təmin edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-a bildirilib ki, müəssisədə bütün bölmə və guşələr mütəmadi dezinfeksiya edilir:

“Müəssisədə sanitar-gigiyenik vəziyyətə daim ciddi nəzarət olunur.

Bununla bərabər, peyvəndləmə işləri də aparılıb. Tənha ahıl şəxslərin ilk mərhələ vaksinasiyası aparılıb, hazırda da ikinci vaksinasiya işləri aparılır”.

Nazirliyin məlumatına görə, 200-dən çox sakinin yaşadığı müəssisədə koronavirusa yoluxma halı qeydə alınmayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678