Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəmsəddin Kuzəçi: “Azərbaycandan İraq türkmənləri üçün bir qapı açıldı”

43 Baxış

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib ki, yaxın vaxtlarda Bakıdan İraqın Kərkük, Ərbil və Bəsrə şəhərlərinə birbaşa təyyarə reysləri açılacaq.

Azərbaycandan bu bölgələrə birbaşa uşuçların olması Azərbaycan-İraq münasibətlərinin, eyni zamanda orada yaşayan türklərlə əlaqələrin inkişafına necə təsir edəcək?

Mövzu ilə bağlı Turanmedia.az-a danışan Kərkük Kültür Dərnəyinin başqanı Şəmsəddin Kuzəçi bu xəbəri çoxdan gözlədiklərini deyib: “İraq Prezidentinin Azərbaycana səfəri çox önəmli hadisədir. Prezidentimiz İlham Əliyevin görüşdə verdiyi müjdə bizi çox sevindirdi. Azərbaycanla İraq arasında illərdir, davam edən mədəni, siyasi əlaqələr heç vaxt zədələnməyib. Bu da ölkələrimizin dost olduğunu göstərir”.

Şəmsəddin Kuzəçi 2 il əvvələdək “İraq Hava Yolları”nın Azərbayacana təyyarə reyslərini dayandırdığını xatırladıb.

“Həmin vaxt viza verilməsi də dayandırıldı. Təbii ki, bu olayın iki tərəfə də neqativ təsirləri oldu. İraqdan Azərbaycana, Azərbaycandan İraqa gedib-gələnlərin sayında ciddi azalma müşahidə edildi. Çünki gediş-gəlişlərdə çətinliklər yarandı. Bu baxımdan təyyarə reyslərinin bərpası çox önəmli idi”, – deyə dərnək başqanı əlavə edib.

Şəmsəddin Kuzəçi bildirib ki, birbaşa uçuşların bərpası iqtisadi, mədəni əlaqələrin inkişafına təkan verəcək: “İraq türkmənləri üçün bir qapı açıldı. Hesab edirəm ki, Kərkük, Ərbil, Bəsrəyə birbaşa uçuşların olması ilə yanaşı, vizanı da asanlaşdırmaq lazımdır. Viza hava limanlarında verilsə, daha rahat olar. Çünki viza üçün öncədən səfirliyə müraciət etmək, 10-15 gözləmək lazımdır ki, bu da vaxt itkisidir. İki tərəf üçün də hava limanında viza almaq mümkün olsa, yaxşı olar. Əvvəllər elə idi. Belə olsa, iki tərəfin iş, sənət adamları rahat gəlib-gedər, iqtisadi, mədəni əlaqəlar daha da inkişaf edər. O cümlədən qarşılıqlı turist sayında artım olar. İki toplumun dili, mədəniyyəti eynidir. Tariximiz ortaqdır. Nəsimi, Füzuli ortaq şairlərimizdir.

Ümummilli lider Heydər Əliyev deyirdi ki, Güney, Quzey Azərbaycan və İraq türkmənləri bir bütünün hissələridir. Onun ideyaları bu gün həyata keçməkdədir. Bu ideyaları Prezidentimiz İlham Əliyev gerçəkləşdirir. Böyük, bütöv Azərbaycanın içərisində güney, quzey türklərinin, iraq türkmənlərinin yer alması önəmlidir.

İraq türkmənləri də Türk dünyası ilə qaynaşaraq, gələcəkdə böyük Turana doğru irəliləyəcək”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678