Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabunçuda yanğın olub

27 Baxış

Sabunçu rayonunda yanğın olub.

Turanmedia.az xəbər verir ki, bu barədə Tns-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakının Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan, bir dam altında tikilən, birmərtəbəli, müxtəlif təyinatlı obyektlərdən sahəsi 65 m² olan mağaza, bitişik, sahəsi 10 m² olan ofis otağı və sahəsi 25 m² olan köməkçi tikilinin tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678