Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Abzas Media”nın direktoru və baş redaktoru barəsində həbs qətimkan tədbiri seçilib

25 Baxış

Dünən və bu gün saxlanılan “Abzas Media” saytının direktoru Ülvi Həsənli və saytın baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatlarına baxılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən proseslərdə istintaq orqanının təqdimatları ilə bağlı qərarlar qəbul olunub. Ülvi Həsənli barəsində 4 ay müddətinə, Sevinc Abbasova barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678