Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıdakı güclü yanğın inşaat materiallarının qiymətinə necə təsir edəcək?

24 Baxış

Ötən gün paytaxda və bəzi bölgələrdə güclü yanğınlar qeydə alınıb. Havanın küləkli olması yanğınların söndürlməsində ciddi problem yaradıb. Bu hadisələr yanğın təhlükəsizliyi sahəsində problem olduğunu deməyə əsas verirmi?

Bakıdakı inşaat metarialları bazarında saatlarla davam edən yanğın külli miqdarda taxta-şalbanın yanaraq, sıradan çıxmasına səbəb olub. Bu hadisənin taxta bazarında qiymət artımı ilə nəticələnməsi ehtimalı nə qədərdir?

Turanmedia.az xəbər verir ki, mövzunu TNS-ə dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, istənilən təyinatlı obyektlərdə yanğın təhlükəsizliyi haqqında qaydalara ciddi riayət olunmalıdır.

Onun sözlərinə görə, obyekt təyinatından asılı olaraq, ilkin yanğınsöndürmə vasitələri, yanğın dolabları, yanğın xəbərdarlığı siqnalizasiya vasitələri, ehtiyat su çəni ilə təchiz edilməlidir: “Avadanlıq və qurğuların daim işlək, saz vəziyyətdə olmasına diqqət edilməli, buna nəzarət edən şəxs ayrılmalıdır ki, yanğın təhlükəsizliyi qaydalarına riayət olunsun, obyektdə olan yanğın təhlükəsizliyi qurğuları və mexanizmləri işlək vəziyyətdə olsun, nasazlıq vaxtında aradan qaldırılsın. Yəni, həmin şəxs birbaşa bu işlərə nəzarət etməlidir və işçilər arasında da daim təlimatlandırma, maarifləndirmə həyata keçirməlidir. Ümumiyyətlə, obyektin təhlükə riski yüksəkdirsə, təhlükəsizlik tələbləri ön planda olmalıdır. Yəni, obyektdə təhlükə riskini qiymətləndirib ona görə də kompleks tədbirlər həyata keçirmək lazımdır”.

Ekspertin sözlərinə görə, heç kim fövqəladə durumdan sığortalana bilməz: “Amma qaydalara riayət etməklə baş verən hadisələrdən müəyyən qədər sığortlanmaq və daha geniş miqyasa yayılmasının qarşısını almaq olar. Yanğını əvvəlcədən aşkar edən qurğular varsa, anında müdaxilə ilə təhlükənin qarşısı alınar. Bunlar olmayanda təhlükənin miqyası genişlənir, dəyən ziyan çox olur.

Ola bilər ki, obyekt fəaliyyətdə olduğu müddətdə texniki baxışdan keçməyib. Yaxud, elektrik təsərrüfatındakı naqillər dəfərlərlə təmir olunub. Amma bunu peşəkarlar yox, sadəcə anlayışı olan şəxslər edib. Yenə də qızma, alışma təhlükəsi qalıb ki, bu da yanğın hadisəsini qaçılmaz edir. Ona görə də elektrik təsərrüfatı saz vəziyyətdə olmalı, naqillər yanma riski yüksək olan, tez alışan materiallar üzərindən keçməməli və dağınıq vəziyyətdə olmamalıdır”.

İqtisadçı ekspert Rəşad Həsənov isə Bakıdakı yanğının inşaat materiallarının qiymətinə təsiri ilə bağlı fikirlərini bölüşüb.

Ekspert TNS-ə bildirib ki, baş verən hadisə sahibkarlıq subyektləri üçün müəyyən çətinliklər yaradacaq.

Onun sözlərinə görə, kiçik sahibkarlara ciddi ziyan dəyib: “Bu, həmin sahibkarların gələcək fəaliyyətinə təsir göstərəcək. Hətta, yaxın günlərdə ola bilsin ki, taxta təklifi ilə bağlı müəyyən çətinliklər ortaya çıxsın. Eyni zamanda, yanğınla üz-üzə qalan sahibkarların fəaliyyətini bərpa etməsi üçün zaman tələb olunur. Onların təchizat problemləri ortaya çıxa bilər. Düşünmürəm ki, həmin ərazidə sığorta xidmətlərindən tam istifadə olunub. Təəssüf ki, Azərbaycan sahibkarı bu kimi risklərə qarşı çox ehtiyatsız davranır”.

Ekspert bazarın çox böyük olduğuna diqqət çəkib: “Baş verən hadisə taxtanın qiymətinin artması ilə nəticələnməyəck. Çünki burada qiymətlər daha çox digər faktorlar hesabına formalaşır və lokal səviyyədə müşahidə edilən problemlər bazar qiymətlərinin formalaşmasına o qədər də böyük təsir göstərə bilmir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678