Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrəvanda avtobus yenidən atəşə tutuldu

20 Baxış

İrəvanda paytaxt meriyasının balansında olan “Zhongtong” sərnişin avtobusuna növbəti dəfə atəş açılıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Hadisə yerində məlum olub ki, sürücü nəqliyyat vasitəsini Rostovyan-Belinski kəsişməsindən Belinski küçəsinə istiqamətləndirərkən naməlum şəxs pnevmatik silahdan avtobusa atəş açıb. Güllə avtobusun arxa şüşəsini sındırıb.

Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Erebuni və Nubaraşen rayonlarının istintaq idarəsinin istintaq şöbəsində cinayət işi başlanıb.

Qeyd edək ki, yanvarın 5-də də avtobus atəşə tutulmuşdu.(axar.az)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678