Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Əqrəb”in kitabı da plagiatdır” iddiası – Müəllif “vallah” dedi (AÇIQLAMA)

30 Baxış

Ceyhun Hidayətlinin müəllifi olduğu “Əqrəb” detektiv romanı ilə bağlı yeni iddia ortaya atılıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə qeyd olunub. Bəzi oxucular sözügedən əsərin plagiat olduğunu deyib.

Qeyd olunur ki, əsər sovet dövrünün prokuroru olmuş Tahir Kazımovun “Qisas” romanının motivləri əsasında yazılıb. T.Kazımovun adı çəkilən əsəri baş vermiş real hadisə əsasında yazdığı bildirilir.

Oxuculardan biri iddia edib ki “Əqrəb”də sadəcə bəzi dəyişikliklər edilib.

Oxucu roman əsasında çəkilən “Əqrəb mövsümü” serialı izləyəndə titrlərə baxmadığını, amma hekayəni izləyəndə T.Kazımovun romanı olduğuna əminliyini ifadə edib.

İddialarla bağlı Ölkə.Az-a danışan yazıçı Ceyhun Hidayətli adı çəkilən müəllifdən və əsərdən xəbərsiz olduğunu deyib:

“Vallah, nə Tahir Kazımovu tanıyıram, nə də dediyiniz əsəri bilirəm. Bu barədə məlumatım yoxdur. O əsəri oxumamışam. Tahir Kazımov adında adam da tanımıram. Yad olduğum mövzuya necə münasibət bildirə bilərəm?”

Yazıçı əsərinin hansısa real hadisə əsasında yazılıb-yazılmaması ilə bağlı suala isə belə cavab verib:

“Əqrəb” romanını şəxsi təxəyyülüm əsasında yazmışam. Mənim 4 kitabım çıxıb, heç biri real hadisəyə əsaslanmır. Hamısı təxəyyül məhsuludur”.

C.Hidayətli “Əqrəb” romanı ilə bağlı iddiaları əsərin oxunaqlığı və motivləri əsasında serial çəkilməsi ilə əlaqələndirib:

“Yəqin ki, bunlar serialın çəkilməsindən, populyar olmasından qaynaqlanır”.

Qeyd edək ki, daha əvvəl də “Əqrəb mövsümü”nün ssenarisinin plagiat olduğu iddia edilmişdi. Serialın ssenari müəllifi Azər Aydəmir isə ekran işinin C.Hidayətlinin romanı əsasında yazıldığını demişdi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678