Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Uşaqların tərbiyə sahəsində böyük təhlükələr mövcuddur – Nazir müavini

25 Baxış

“Elm təhsil nazirliyi gənc nəslin tərbiyəsində öz üzərinə düşən məsuliyyətini dərk edir. Amma uşaq ilk növbədə ailədə tərbiyə alır. Onlar ilk tərbiyəni valideynlərindən, nənə və babalarından alırlar. Əsas məsələ odur ki, biz ailədə uşağa tərbiyəni hansı səviyyədə aşılaya bilirik”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmələr zamanı deyib.

Nazir müavininin sözlərinə görə, hər bir insanı xarakterizə edən onun mədəniyyəti və tərbiyəsidir.

“Mədəniyyəti yüksək olan şəxs dövlətini, millətini, ailəsini də sevəcək. Odur ki, yüzilliklərlə Azərbaycana xarakterik olan ailə tərbiyəsini qoruyub gələcək nəsillərə ötürmək əsas məsələdir. Amma bu gün bu sahədə reallıq necədir? Biz bu ailə ənənələrini gələcək nəsillərə ötürə bilirikmi? Ailələrdə böyüklərə, nənə və babalara hörmət hansı səviyyədədir. Sorğular göstərir ki, bu sahədə ciddi problemlər var. Uşaqlar valideynlərindən daha çox ətrafdakı uşaqlardan götürürlər. Bu gün ailə tərbiyəsinə kənar təsir daha çoxdur. Odur ki, bu sahədə böyük təhlükələr mövcuddur”, – nazir müavini deyib.

Əlavə edib ki, bu, bir dünyəvi problemdir. “Buna baxmayaraq ailə ənənələrimizi qoruyub gələcək nəslə ötürmək üçün daha ciddi işlər görməliyik. Bunun üçün həm maarifləndirmə işləri həyata keçirilməli, həm də qanunvericilik sahəsinin təkmilləşdirilməsi istiqamətində işlər görülməlidir”, – o qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678