Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həbsdə olan Nərgiz Məhəmmədinin mükafatı övladlarına verildi

20 Baxış

2023-cü il Nobel Sülh Mükafatının təqdimetmə mərasimi baş tutub.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, mərasim Norveçin paytaxtı Oslo şəhərində baş tutub.

İranda həbsdə olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin övladları mükafatı qəbul edib və onun adından nitq oxuyublar.

Səhnədə 17 yaşlı əkizlər Kiana və Əli Rəhmaninin yanında anaları üçün nəzərdə tutulan boş stul qoyulub.

Nərgiz Məhəmmadi məktubunda mükafatın verilməsinə görə Nobel Komitəsinə təşəkkür edib.

“Ümid və hazırlıqla İranın dözümlü qadın və kişiləri ilə birlikdə sülhə, insan haqlarına və demokratiyaya hörmətlə yanaşan bütün qüvvələrə, hərəkatlara və insanlara əlimi uzadıram. Əminəm ki, azadlıq və ədalət işığı bir gün İran torpağı üzərində də parlayacaq”, – hüquq müdafiəçisi yazıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678