Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST: Yoluxma azalır

119 Baxış

Keçən həftə dünyada 4,8 milyondan çox yeni koronavirus infeksiyası və 85 mindən çox ölüm qeydə alınıb.

Əvvəlki yeddi günlə müqayisədə xəstəlik 12%, ölüm nisbəti isə 5% azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində qeyd edilib.

Mütəxəssislər 16 may tarixinə planetdəki yoluxma sayının 162,1 milyonu keçdiyini, 3,3 milyondan çox xəstənin öldüyünü deyirlər.

Keçən həftə yoluxma yalnız Qərbi Sakit Okean bölgəsində artdı – 4%. Avropada yeni infeksiya sayı 26%, Şərqi Aralıq dənizi bölgəsində 22%, Cənub-Şərqi Asiyada 12%, Afrikada 4%, Amerikada 3% azalıb. Ölümə gəlincə, bu, Cənub-Şərqi Asiyada (7%) və Qərbi Sakit Okean bölgəsində (4%) artıb, dünyanın digər bölgələrində azalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678