Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sülhməramlıların arasındakı erməni belə ifşa edildi

70 Baxış

Azərbaycanlı QHT təmsilçiləri Rusiya sülhməramlıları kontingentinin şəxsi heyəti arasında erməni aşkar ediblər.

Turanmedia.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə QHT nümayəndələri sosial media hesablarında paylaşım ediblər.

Bildiriblər ki, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının içərisində olan həmin adam erməni dilində danışaraq özünün milliyətini göstərib. Sonra isə gizlənmək istəsə də, o, ifşa olunub.

Qeyd edək ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir. Onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Həmin görüntüləri təqdim edirik:


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678