Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Anasının taksidə “unutduğu” uşaq körpələr evinə verildi

33 Baxış

Dekabrın 8-də anası tərəfindən taksidə qoyulan körpə körpələr evinə təhvil verilib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Qadın və Uşaq Sığınacağı”nın rəhbəri Mehriban Zeynalova sosial media hesabında məlumat yayıb.

M. Zeynalovanın sözlərinə görə, araşdırmalar zamanı uşağın anasının bir neçə ay əvvəl uşağı körpələr evinə qoymaq üçün müraciət etdiyi məlum olub: “Araşdırmalar zamanı məlum olub ki, körpəni aylar əvvəl uşaq evinə yerləşdirmək üçün müraciət olunub. Ana uşağını körpələr evinə təhvil verməyə gedərkən yolda fikrini dəyişib və uşağı ora qoymayıb. Yenidən fikrini dəyişən ana bu dəfə övladını taksidə qoyaraq gedib”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678