Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) nəşri Mingəçevir Dövlət Universitetindən bəhs edən məqalə dərc edib

60 Baxış

Turanmedia.az xəbər verir ki, Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) nəşri olan IAUHorizons jurnalının 28.2 (Noyabr 2023) saylı buraxılışı işıq üzü görüb. Nəşrdə Mingəçevir Dövlət Universiteti ilə bağlı yazı dərc edilib. Jurnalın yeni sayında nüfuzlu universitet rektorları və ali təhsil üzrə beynəlxalq ekspertlərin müəllifi olduqları 16 maraqlı məqalə dərc olunub. Qeyd edək ki, Mingəçevir DövlətUniversiteti ilə bağlı  “Universitet sosial-mədəni inkişafın mərkəzinə çevrilə biləcəkmi?” başlıqlı məqalə (səh. 34-35) yer alıb.
Rektor Şahin Bayramov IAU Katibliyinin əməkdaşlarına jurnalda universitetlə bağlı yazı dərc etdiklərinə görə təşəkkür edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678