Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İnsanlar azərbaycanlı Bəkiri Burak Ozçivit bilib pul göndərdilər

42 Baxış

Türkiyəli məşhur aktyor Burak Ozçivite bənzərliyi ilə diqqət çəkən azərbaycanlı gənc bu sayədə pul qazanır.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, tiktokda 1.5 milyondan çox izləyicisi olan Bəkir Bəkirzadə adlı şəxs canlı yayım açaraq Türkiyə türkcəsində danışır.
Onun canlı yayımlarını izləyən minlərlə insan isə hədiyyələr atır.

B.Bəkirzadə titktokda canlı açarkən fonda B.Özçivitin rol aldığı “Kuruluş Osman” serialının musiqisindən istifadə edir.

Dünyanın bir çox yerindən izləyənlərin bəziləri Bəkirin doğrudan da Burak Özçivit olduğunu düşünürlər.

Hətta bəziləri ona “Osman bəy” deyə müraciət edirlər.

Sosial şəbəkə istifadəçiləri arasında azərbaycanlı gəncin bu davranışını insanların aldadılması kimi qiymətləndirənlər də var.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678