Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gənclərin “Zərif qəhrəmanlar”la görüşü baş tutub

149 Baxış

“Böyük Qayıdış” Gənclər Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə gənclərə vətənpərvərlik hissinin aşılanması məqsədilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmmuş “Zərif qəhrəmanlar” adlı onlayn görüş keçirilib.

Zoom platformasında teleaparıcı Turanə Hüseynlinin moderatorluğu ilə baş tutan görüşdə şəhid general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova, şəhid polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyeva, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva və Qarabağ qaziləri Gülpəri Sərkərova, “Veteran Xanımlar” İctimai Birliyinin sədri Radə Abbas qonaq qismində iştirak ediblər.

Zərif qəhrəmanlar çıxışlarında Vətənin ən ağır günlərində Azərbaycan qadınının mərdliyindən, möhkəm iradəsindən, Vətən müharibəsində ölkəmiz üçün qazanılan tarixi qələbədə qadınlarımızın xüsusi rolundan, fədakarlıq və şücaətindən söz açıb, gənclərlə öz dəyərli tövsiyələrini bölüşüblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678