Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hindistanda ilk dəfə “Delta+” variantından ölüm qeydə alındı

112 Baxış

Hindistanın Madhya-Pradeş ştatında koronavirusun “Delta+” ştammından ilk ölüm halı baş verib.

Bu variant geniş yayılmış “Delta” variantının mutasiyasıdır (B.1.617.2).

Bundan əvvəl Hindistanda “Delta+” ştammına 40-a yaxın yoluxma faktının aşkar edildiyi bildirilib.

“Qeyd edək ki, “Delta+” ştammı tapılan beş nəfərdən dördü peyvənd edilib və hazırda sağlamdırlar. Ancaq peyvənd vurdurmayan xəstə virusdan ölüb. Bu səbəbdən hamını vaksinasiyaya çağırırıq”, – deyə ştatın naziri Vişvas Saranq jurnalistlərə açıqlamasında vurğulayıb.

Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, yeni ştamma yoluxmuş qadın 23 mayda ölüb, onun “Delta+” ştammına yoluxması testlərdən sonra məlum olub. Qadinin ərində də koronavirus tapılıb. Amma o daha əvvəl peyvənd vurdurubmuş. Qadın isə peyvənd vurdurmayıb.

Qeyd edək ki, Hindistan koronavirusa 30 082 778 yoluxma ilə dövlətlər arasında ikincidir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678