Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müharibənin 7-ci günü… – Kəşfiyyat məlumatlarına görə, ruslar ruhdan düşüb

268 Baxış
Dünən gecə Ukraynanın böyük şəhərləri, xüsusilə Xarkov yenidən bombardıman edilib. Alman mətbuatı Putinin yaxın 48-72 saat içində Kiyevə həlledici hücum əmri verəcəyini yazır. Mülki əhalinin Kiyevdən təxliyyəsi davam edir. Rusiya hücumu şiddətləndikcə Ukrayna ordusunun dirənişi artır. NATO Ukraynaya Rus qoşunlarının yeri və hərəkəti barədə səhih kəşfiyyat məlumatları ötürdüyü üçün ruslar texnika və canlı qüvvə sarıdan daha çox itki verir.

Rusiyanın milyardlarla dollar xərclədiyi “Şimal axını 2”nin operatoru “Nord Stream 2 AG” şirkəti müflis elan edilib. BMW, Ford, Nike, Adidass kimi nəhəng zavodlar Rusiyada istehsalı, məşhur avtomobil markaları və Apple satışları dayandırıb. Ruslar mağazalara qaçıb hətta işlənmiş “İ-Phone”ları belə baha qiymətə alırlar. Visa və Master card sanksiyalara qoşulub. Köhnə kartlar vaxtı bitənədək işləyəcək, yeniləri verilmyəcək.

Ruslar üzərində Leninin şəkli olan rubldan ötrü çox darıxmışdılar.

Neftin bahalaşmasına (110$) baxmayaraq, rus rublu sürətlə dəyər itirir. Tarixi antirekord 117 rubl = 1 $. Rusiya hökuməti ölkədən 10 min dollardan artıq vəsaitin xaricə göndərilməsinə və aparılmasına qadağa qoyub. Rusiyanın 21 ən varlı şəxsi artıq 84 milyard dollar itirib. “Lukoyl” prezidenti Vahid Ələkbərov isə sərvətinin 60 faizini. Rus oliqarxlar əllərində qalan bahalı yaxta və təyyarələri gizlədirlər. P.S: “Gedib borca 10-ca min USD istəsəydik mər-mər mələyərdilər ki, balamın canı yoxdur, pulun hamısı maldadır”.

ABŞ kəşfiyyatı bildirir ki, əksəriyyəti müharibədən məlumatsız və təcrübəsiz olan rus qoşunlarının əhval-ruhiyyəsi aşağı düşüb. Kiyevə doğru irəliləyən rus birlikləri şəhərdən 25 km aralıda dayanıb. Rusiya ordusunda yanacaq və ərzaq çatışmazlığı, ciddi logistik problemlər müşahidə edilir. Əsir düşmüş rus əsgərləri isə zabitlərin yaralı əsgərləri döyüş meydanındaca güllələdiklərini, meyitləri ailələrinə göndərmədən məhv etdiklərini bildirirlər. Ruslar TOS, Panzr, BUK və s. bahalı töyüş texnikalarını ataraq döyüş mövqelərini tərk edir.

Rusiyanın itkilərinə gəlincə isə yüzlərlə tank, top, təyyarə Rus ordusu üçün sadəcə dəmirdir. Çünki nə qədər istahsal ediblər, özləri də bilmir. Amma rus ordusu tək texnika itirmir, o öz xalqı və əsgəri qarşısında nüfuzunu itirir, döyüş ruhunu itirir. Bir zamanlar ABŞ qoşunlarının Vyetnamda yaşadığı aqibətlə məğlubedliməz imicini itirir. Ruslar nə qədər irəliləsələr belə ötən hər gün onların zərərinə işləyir. Bu səbəbdən Ukrayna danışıqlarla bağlı özünü könülsüz aparır. Ukrayna isə hər şeyi gözə alıb, çünki itirsə, dövlətçiliyini itirir.

Dünyanın hər yerindən Ukraynaya dəstək, maddi, hərbi-texniki yardım davam edir. BMT, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Ukraynaya maliyyə yardımları etməyə hazırlaşır. Bakıdan uçan yardım təyyarəsi isə F-35 qırıcısının müşaiyəti ilə təyinat nöqtəsinə çatıb.

Nə kəramətdirsə, daha COVID-in, peyvəndin adını tutan yoxdur. Yoluxma da azalır. Heç marketlərdə adamın qabağına qaçıb “məəllim zəhmət olmasa, tibbi maskadan istifadə edin” deyən də yoxdur. “Qaqa zəncəfillə sarımsağı tut arağına qatırsan”, – deyən professorlar da gözə dəymir. Post-pandemiya deyəndə bunu nəzərdə tuturdular görəsən? Siz Allah post-müharibə deməyin. Bir də gözümüzü açacağıq ki, dünya tərs dönüb, özümüz də Antarktidada pinqvinlərlə boğuşuruq. Bir dənə bala pinqvin yapışıb boğazımızdan ki, rədd olun bizim buzlaqlardan.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678