Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daşkəsən şəhərində partlayış olub

23 Baxış

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Turanmedia.az nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı məlum olub ki, üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24m² olan üçotaqlı mənzilin anbar kimi istifadə edilən 1 otağında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.

Hadisə nəticəsində mənzilin 1 otağının əlavə artırması 2m² sahədə uçub, 2 otağın pəncərə çərçivələri və dəmir barmaqlıqları yerindən çıxıb. Partlayış dalğasının təsirindən otağa yığılmış ayaqqabı və digər geyim əşyaları yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678