Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəlilabad sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər

27 Baxış

Cəlilabad rayon sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər.

Turanmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan TNS-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 3 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678