Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

COVID-19-a qarşı vaksin vurulan məhkumların sayı açıqlandı – RƏSMİ

148 Baxış

Penitensiar müəssisələrdə saxlanılan məhkumların peyvəndlənməsi ölkə üzrə həyata keçirilən vaksin strategiyasına uyğun aparılır.

Bu barədə Oxu.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhkumların 98 faizi 1-ci doza, 60 faizi isə 2-ci doza vaksinasiyadan keçib:

“Yaşı 40-dan yuxarı olan məhbusların vaksinasiyası artıq yekunlaşıb. 18 yaşdan yuxarı olan məhbuslara isə vaksinin birinci dozası vurulub. Hazırda vaksinin ikinci dozasının vurulması prosesləri davam etdirilir.

Məhbusların vaksinasiya prosesi cəzaçəkmə müəssisələrinin tibb məntəqələrində həyata keçirilir. Bu günə qədər peyvənd olunan məhkumlar arasında kəskin allergik reaksiya və ya hər hansı ağırlaşma qeydə alınmayıb”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678