Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

RUHU ELM İLƏ QİDALANMIŞ, ÖMRÜ ELMƏ HƏSR OLUNMUŞ, CİSMİ İSƏ ALİCƏNABLIQ SİMVOLU OLAN BÖYÜK MÜƏLLİMƏ – NOVAL XEYRİ QIZI AL-ABBASİ

72 Baxış

RUHU ELM İLƏ QİDALANMIŞ, ÖMRÜ ELMƏ HƏSR OLUNMUŞ, CİSMİ İSƏ ALİCƏNABLIQ SİMVOLU OLAN BÖYÜK MÜƏLLİMƏ – NOVAL XEYRİ QIZI AL-ABBASİ

Mən hörmətli müəlliməm və Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasının filologiya üzrə fəlsəfə doktoru olan Noval xanım Al-Abbasi haqqında danışmaq istəyirəm və onun haqqında danışmağı isə özümə həm borc və həm də ki, şərəf bilirəm!

O, Alman xalqına məxsus olan tarixi-milli ədəbiyyatı sevə-sevə mənimsəmiş, onu milliləşdirərək Azərbaycan gənclərinə təlqin etməyi bacarmışdır. Məsələn, alman ədəbiyyatından xəbərsiz olan bir çox gənclərimiz və alman filologiyasını seçən tələbələrimiz məhz sırf Noval müəllimənin sayəsində və onun ciddi tələbkarlığı nəticəsində bu ədəbiyyatı öyrənmiş, sevmiş və bu sahədə ixtisaslaşmışdırlar. Şəxsən Noval müəllimənin elmi-mənəvi nəsihətləri ilə bir çox gənclər, tələbələr Almaniyada ali təhsil almış, ədəbi-elmi nöqteyi-nəzərdən bəhrələnmişdirlər. Noval müəllimə, yeri gələndə, səmimi və yeri gələndə isə elm barəsində haqq naminə sərt olmağı da bacarır. Sərtliyi isə heç şəkk-şübhəsiz ki, onun tələbələrinin xeyirinə və yaxşılığınadır! Mən də onun tələbəsi olaraq bunları görmüş, düzgün hesab etmiş və dərk etməyə müvəffəq olmuşam! O, mülayimliyi və yaxşılıq etməyi də bacarır. Noval müəllimə mənsub olduğu peşənin və ixtisaslaşdığı sahənin qədir-qiymətini olduqca çox böyük qiymətləndirir, onu öyrənir və öyrədir. Onda bir alman dəqiqliyi vardır. Mən deyərdim ki, müxtəlif sahələrin pedaqoqları olmalarına baxmayaraq, bütün müəllimlər Noval müəllimənin təcrübəsindən, tutduğu fərqli elmi yoldan örnək və nümunə götürməlidirlər. Bu möhtərəm insanın – Noval müəllimənin tərcümeyi-halına qısaca nəzər salmaq və elmi həyatı ilə tanış olmaq olduqca çox xoş olardı.

Noval Xeyri qızı Al-Abbasi Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərində 83 nömrəli Orta Məktəbdə təhsil almışdır. 2 nömrəli Bakı Tibb Texnikomunda təhsil almışdır. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Noval müəllimə Bakı Dövlət Universitetini əla qiymətlərlə və qırmızı diplomla bitirəndən sonra həmin universitetin əyani aspirantı olmuşdur. Bakı Dövlət Universitetinin nəzdində olan aspiranturanı əla qiymətlərlə də bitirəndən sonra «1825-ci ilə qədər Dekabristlərin və V.K.Küxelbekkerin yaradıcılığında Şərq» mövzusunda dissertasiyanı müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

 

Sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunda Aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Noval müəllimə 2009-cu ildən etibarən Bakı Dövlət Universitetin Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasının müəllimi kimi pedoqoji işə başlamışdır.

 

Bir çox elmi məqalələrin, elmi kitabların, dərsliyin müəllifidir və neçə-neçə elmi konfranslarda iştirak etmişdir. Hal-hazırda, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasında çalışmağına davam edir və qeyd etdiyim fakültədə məhz sırf Alman ədəbiyyatına aidiyyatı olan mövzularda tələbələrə dərs keçir. Tədqiqat sahəsi daha çox Almaniya və Avstriya ölkələrinin milli ədəbiyyatı ilə əlaqədardır.

Onun uğurları qətiyyətindən və ciddiyyətindən qaynaqlanır. Əldə etdiyi elmi uğurlar və nailiyyətlər isə bunun ən bariz nümunəsi və təzahürüdür.

Bu arada, fürsətdən istifadə edərək məqalə vasitəsilə əziz müəlliməmi qarşıdan gələn “Ad günü” münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Hörmətlim Noval müəllimə! Günü o gün olsun ki, 100 yaşınız olsun! Ulu Yaradandan sizə uzun və sağlam ömür, möhkəm can sağlığı, bol-bol uğurlar, yüksək nailiyyətlər, tükənməz müvəffəqiyyətlər və çoxlu ruzi-bərəkət arzulayıram! Bir daha təbrik edirəm!

Hörmətlə

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Alman dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbəsi Ərtoğrul Mehdizadə

 

 

 

 

 

 

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678