Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Talassemiyalı xəstələrinin valideynlərinə 900 min manatlıq dələduzluq

24 Baxış

Talassemiya xəstələrin valideynlərinə 900 min manatdan çox dələduzluq edən qadın həbs edilib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki canlı yayımda Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.

O bildirib ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı bu ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub:

“Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talasimiya xəstəsəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manat dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı davam etdirilir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678