Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş Prokurorluq portal təsisçisinə bəraət hökmündən protest verib

20 Baxış

Baş Prokurorluq portalın təsisçisi və tanışı barədə məhkəmə hökmündən protest verib.

Turanmedia.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, “Patrul.az” MMC-nin və eyni adlı xəbər portalının təsisçisi Səməndər Niftəliyevin tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşa şəxsi həyatı ilə bağlı videogörüntülərinin media və sosial şəbəkə səhifələrindən silinməsi barədə yalan vəd verərək onun 2 min 800 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmış və iş baxılması üçün məhkəməyə göndərilib.

Sabunçu rayon məhkəməsinin 8 dekabr 2023-cü il tarixli hökmü ilə Səməndər Niftəliyevə bəraət verilib, Həmzə Hüseynli isə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyinə görə eyni tarixli qərarla barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.

Dövlət ittihamçısı tərəfindən 28 dekabr 2023-cü il tarixdə qeyd edilən bəraət hökmündən və qərardan apellyasiya protesti verilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678