Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vasif Talıbov məhkəməyə verildi

41 Baxış

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş Sədri Vasif Talıbov məhkəməyə verilib.

Turanmedia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət olunub.

Belə ki, vətəndaş İsmayılov Vaqif Cəlal oğlu V.Talıbov və Naxçıvan Şəhəri İcra Hakimiyyəti barəsində məhkəməyə müraciət edib.

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr – digər məsələlərlə bağlıdır.

Məhkəmə işi hakim Yusifəli Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, V.Talıbov ötən ilin dekabrında Ali Məclisin Sədri vəzifəsindən azad edilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678