Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Yüksəliş” müsabiqəsinin final mərhələsi ilə bağlı açıqlama

120 Baxış

“Pandemiya şəraitində çətinliklərə baxmayaraq “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçirildi”.

“Report” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev deyib.

Onun sözlərinə görə, fevral ayının ortasında yarımfinal mərhələsinə 309 nəfər vəsiqə qazanıb:

“Yarımfinal öncəsi xarici mütəxəssislərin iştirakı ilə üç günlük təlimlər keçirildi. Bu təlimlərdə iştirakçılar yarımfinal mərhələsində olacaq tapşırıqların istiqaməti barədə məlumatlandırıldılar. Müsabiqə ilə bağlı əvvəlcədən elan edilmişdi ki, finala 100 nəfər keçəcək. Amma imtahandan sonra 21 nəfər eyni nəticəni göstərdiyi üçün münsiflərin qərarı ilə 112 nəfər finala keçib. İyulun 10-11 tarixlərində müsabiqənin final mərhələsi keçiriləcək”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678