Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR təlimlərində 25 minə yaxın şirkət əməkdaşı iştirak edib – FOTO

128 Baxış

2020-ci il ərzində SOCAR-da təşkil olunan 904 onlayn təlimdə 25 minə yaxın (24 min 835) şirkət əməkdaşı iştirak edib.

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Təlimlərin onlayn şəkildə keçirilməsi nəticəsində iştirakçıların sayı 2,6 dəfə artıb.

Bildirilib ki, “COVID-19” pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilmiş karantin rejimi auditoriya şəraitində tədrisin təşkilinə də təsir göstərib.

Qeyd edilib ki, öyrənmənin və tədrisin davamlılığını təmin etmək, eləcə də əməkdaşları maarifləndirmək və şəxsi inkişaflarına dəstək olmaq məqsədi ilə SOCAR tərəfindən onlayn təlim və vebinarlar ötən ilin mart ayından təşkil olunmağa başlanıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678