Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Göyçayda 6 otaqlı ev yandı

22 Baxış

Göyçay rayonunun Çaxırlı kəndində yanğın hadisəsi baş verib.

Turanmedia.az xəbər verir ki, bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, Çaxırlı kəndində ümumi sahəsi 240 kvadratmetr (hər mərtəbəsi 120 kvadratmetr) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678