Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avropa Şurasının baş qərargahı Azərbaycan bayrağının rənglərinə büründü – FOTO

127 Baxış

Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasının baş qərargahı 28 may – Respublika Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə Oxu.Az-a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Strasburqda yaşayan Azərbaycan icmasının üzvləri mərasimi canlı izləmək məqsədilə baş qərargahın qarşısında toplaşıb.

Qeyd edək ki, azərbaycanlılarla yanaşı, mərasimə Fransadan olan gənclər də qatılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678