Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kimyaterapiyaya alternativ xərçəng müalicəsi tapıldı: “Molekulyar qırıcılar”

42 Baxış

ABŞ-da elm adamları nanotexnologiya sayəsində yan təsirləri az olan xərçəng müalicəsi hazırlayıblar.

Turanmedia.az Publika.az-a istinadən xəbər verir ki, Texasdakı Rays Universitetinin tədqiqatçıları tərəfindən “molekulyar qırıcılar” (MHJ) adlandırılan üsul şişləri aradan qaldırmaq üçün istifadə edilə bilər.

MHJ metodunda tibbi görüntüləmə prosedurlarında istifadə edilən bənzər maddə bədənə vurulur. Bu maddə bədənin dərinliklərinə yayılaraq siqnallar sayəsində xərçəngi məhv edir.

Araşdırmanın aparıcı müəllifi Ciceron Ayala Orozco texnologiyasının hələlik yalnız siçanlar üzərində sınaqdan keçirildiyini bildirib. Akademik bildirib ki, insanlar üzərində təcrübələr ancaq illər sonra aparıla bilər.

Qeyd edək ki, Rays Universitetindən Ceyms Tour dəri xərçəngi olan siçanlar üzərində apardıqları təcrübələrdə heyvanların yarısında xərçəng hüceyrələrinin tamamilə məhv olduğunu bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678