Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lyudmila Marçenko: “İlham Əliyev Ukraynada müstəsna olaraq uğurlu lider kimi qəbul edilir”

125 Baxış

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə ilk təbrik edənlərdən biri olaraq, qeyd etdi ki, Azərbaycan özünü regional lider kimi təsdiqləyib və Bakı ilə Kiyev arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Ukrayna Ali Radasının Reqlament, Parlament Etikası və İşin Təşkili komitəsinin üzvü, Azərbaycan Respublikası ilə Parlamentlərarası əlaqələr qrupunun həmsədr müavini və Türkiyə Respublikası ilə Parlamentlərarası əlaqələr qrupunun üzvü Lyudmila Marçenko Media.Az-a müsahibəsində bildirib ki, Azərbaycan Ukrayna üçün əsl dost və tərəfdaşdır.

“Söhbət hətta təkcə iqtisadiyyatdan yox, ölkələrin inkişafa dair görüşlərindən və inkişaf istiqamətlərindən gedir. Ukrayna və Azərbaycan bir-birini siyasi cəhətdən dəstəkləyir. Suverenlik məsələsi xüsusilə vacibdir. Beynəlxalq səviyyədə və ya siyasi müstəvidə istənilən qərar ölkənin ərazi bütövlüyü nəzərə alınaraq verilir. Biz Azərbaycanın suverenliyini dəstəkləyirik və Azərbaycan Ukraynanın suverenliyini müdafiə edir”, – deyə Marçenko qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada zəmanəmizin ən uğurlu liderlərindən biri kimi qəbul olunur. O, öz mövqeyi olan və onu dəyişməyən bir insandır.

“Ukrayna və Azərbaycanın ticarət, nəqliyyat, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində birgə layihələrindən çox məmnunuq. Bundan əlavə, bu yaxınlarda Kiyevdə turizm sahəsində əməkdaşlıq müzakirəsi də aparıldı.

Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildəki əsas qələbəsi Qarabağdır. Otuz illik işğaldan sonra Azərbaycan torpaqları azad edildi, xalq bunu 30 ildir gözləyirdi. Fürsətdən istifadə edərək Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm, ona möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və bütün planlarının həyata keçirilməsini diləyirəm”, – deyə Marçenko bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678