Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıdakı universitetlərlə bağlı müzakirə edilən variantlar məlum olub

36 Baxış

Bakıda bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsi və yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi proqnozlaşdırılır.

Turanmedia.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, Bakı ölkənin ali təhsil mərkəzidir. Burada yerləşən universitetlərin əksəriyyəti gələcək inkişaf və genişlənmə imkanları məhdud olan sıx məskunlaşmış şəhər mərkəzində yerləşir. Bu strateji layihə, böyük universitetlərin və ya onların filiallarının bir əraziyə köçürülməsi ilə Bakıda akademik mərkəz yaratmağı nəzərdə tutur. Bu layihə şəhərin intellektual və istedad baxımından inkişafına təkan verəcək və təhsilin keyfiyyətini yüksəldəcəkdir. Yeni universitet şəhərciyi şəhər alt-sisteminə yeni bir mərkəz əlavə edəcək və Mərkəzi Bakı ətrafındakı alt-mərkəzlərin inkişafını təşviq edəcək.

Hazırda müxtəlif əməliyyat modelləri müzakirə edilir. Modellərə əsasən, bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsi, yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi mümkündür. Qeyd edilən ikinci variant vasitəsilə layihənin cari ərazisinin şəhər inkişafı yolu ilə maliyyələşdirilməsi təmin edilə bilər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678