Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məzahir Pənahov namizədliyi təsdiqlənmiş neçə nəfərin imza vərəqələrini MSK-ya qaytardığını AÇIQLAYIB

34 Baxış

Bu günə qədər 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, təsdiqlənmiş namizədlərdən 7-si imza vərəqələrini MSK-ya qaytarıb.

Həmin şəxslərdən 3–nün prezidentliyə namizədliyi artıq qeydə alınıb. Dörd nəfərin təqdim etdiyi sənədlər yoxlanılıb başa çatdırıldıqdan sonra onların qeydə alınma məsələlərini də gündəliyə çıxaracağıq.

Xatırladaq ki, bu gün prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678