Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ali təhsil müəssisələri bu vəzifələrə işçi axtarır

9 Baxış

Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası bir sıra vəzifələrə işçi axtarır.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, İlahiyyat İnstitutu Dinşünaslıq və İslamşünaslıq kafedralarına vakant dosent vəzifələrinə müsabiqə elan edib.

Dosent vəzifəsi tutmaq üçün müsabiqədə professorlar, dosentlər, elmlər doktorları və fəlsəfə doktorları (elmlər namizədləri) iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər rektorun adına ərizə ilə birlikdə kadrlar uçotunun şəxsi vərəqəsini, tərcümeyi-halını,ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətlərini,dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısını təqdim etməlidirlər.
Sənədlər bu gündən sonra bir ay müddətində qəbul edilir.

Qeyd: namizədlərin göstəriciləri vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur.

Ünvan: AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 29.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası isə Təsviri sənət və sənətşünaslıq fakültəsində vakant dekan vəzifəsini tutmaq üçün müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər bu gündən sonra 1 ay müddətində rektorun adına yazılmış ərizə, ladrlar uçotunun şəxsi vərəqəsini, tərcümeyi-halını, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətlərini, elmi və elmi-metodiki işlərin siyahısını və müvafiq struktur bölmənin inkişafı ilə bağlı fakültə dekanının platformasını təqdim etməlidirlər.
Qeyd: müsabiqə elan olunan müəssisədə çalışan şəxslər ərizə ilə birlikdə yalnız 4-cü və 6-cı bəndlərdə qeyd olunan sənədləri təqdim etməlidirlər.
Ünvan – Bakı şəhəri, H.Əliyev prospekti 58.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678