Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Röyalənin ingilis ərindən azərbaycanca jest: Ürəyimi dağlama, bəri bax

61 Baxış

Azərbaycanlı Röyalə Amiral Moody və onun Tomas adlı ingilis əsilli həyat yoldaşının instaqram səhifəsindəki paylaşımları istifadəçilər tərəfindən maraqla qarşılanır.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, cütlüyün Azərbaycan mədəni irsinin təbliğinə yönəlmiş, bir sıra hallarda isə sadəcə həyatın içindən olan paylaşımları Azərbaycanı tanımaq istəyənlər üçün də yaxşı fürsətə çevrilir.

Bu paylaşımlar içində Tomasın Azərbaycan dilində özünəməxsus ifa tərzi ilə oxuduğu milli musiqimiz isə mədəniyyətimizin və onun bir parçası olan dilimizin gözəlliyini xarici izləyicilərə çatdırılmasında əvəzsiz rol oynayır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678