Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir – FOTO

164 Baxış

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu dəfn edilir.

Report-un məlumatına görə, 44 günlük Vətən Müharibəsində şəhid olan Səfərov Tamerlan Cavad oğlu bu gün doğulduğu Qubanın Səbətlər kəndində torpağa tapşırılır.

Onun dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak edirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678