Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Göyçayda son bir həftədə karantin qaydalarının pozulması ilə əlaqədar 698 nöqsan aşkar edilib

135 Baxış

Göyçay rayonunda koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi karantin rejimi qaydalarına vətəndaşlar tərəfindən riayət edilməsinə nəzarət məqsədilə reydlər davam edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları və təşkil olunan xüsusi mobil qruplar tərəfindən təkcə son bir həftə ərzində ictimai iaşə və ticarət obyektlərinə, bərbərxana və gözəllik salonlarına, habelə əhalinin sıx olduğu yerlərə, küçə və parklara 847 reyd keçirilib.

Reydlər zamanı 698 nöqsan aşkar edilib. 21 nəfər barəsində protokol tərtib edilərək ümumilikdə 2500 manat cərimə yazılıb. Habelə, bir ticarət mərkəzi və üç müxtəlif təyinatlı mağaza sahiblərindən 800 manat cərimə tutulub. Karantin qaydalarını pozaraq yas mərasimləri keçirən 24 nəfərə xəbərdarlıq olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678