Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Lukaşenko Qərblə danışıqlar aparmaq istəyir” – Arestoviç

115 Baxış
Arestoviç Lukaşenkonun Qərblə danışıqlar planlarından danışıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Mark Feyqinə müsahibəsində bildirib.

Arestoviç Belarus Prezidenti Aleksandr Lukaşenkonun hansısa yolla Qərblə danışıqlar aparmaq istədiyini deyib.

“Düşünürəm ki, Lukaşenko həqiqətən də Qərblə dil tapmaq istəyir. Mən bunu onun yerinə edərdim. Çünki o, başa düşür ki, Putin sağ qalsa və Putin rejimi qalib gəlsə, onun üçün pis olacaq. Putin rejimi uduzsa, bu da onun üçün çox pis olacaq. Ona görə, ona Qərbdən təminat lazım olacaq”, – deyə Arestoviç izah edib.

Qeyd edək ki, ATƏT-in məlumatına görə, Belarus Rusiyanın Ukraynaya qarşı müharibəsində münaqişə tərəfi deyil. Bununla belə, Ukrayna tərəfi qeyd edir ki, Rusiya Ukraynaya hücum etmək üçün Belarus ərazisindən istifadə edir.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678