Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda nə qədər yaşayış məntəqəsi qazlaşdırılıb?

170 Baxış

2019-cu ildə regionlarda dövlət sifarişi ilə ümumilikdə 150 yaşayış məntəqəsi qazlaşdırılıb. 

Bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf – 2019” hesabatında məlumat verilib.

Belə ki, bu yaşayış məntəqələri ölkənin 43 inzibati rayonu üzrə müxtəlif bölgələri əhatə edib.

2019-cu ildə 92 min 313 yeni əhali abunəçi, o cümlədən, Bakı şəhərində 37 min 46, regionlarda isə 55 min 267 abunəçi qeydiyyata alınıb.

Bildirilib ki, sərhədyanı və cəbhə bölgələrində məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin qazlaşdırılmasına xüsusi diqqət yetirilib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678