Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sahibə Qafarova: “Şəhid və qazi ailələrinə problem yaradanların adlarını açıqlamaq lazımdır”

137 Baxış

“Siqnallar gəlir ki, şəhid və qazi ailələrini incidənlər var. Onlara xidməti yüksək səviyyədə həyata keçirmək vacibdir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, dərslərin onlayn formada keçirilməsi ilə əlaqədar bütün kəndlərdə internet olmalıdır: “Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi zəhmət çəksin, həmin o yüksək texnologiyanı kəndlərdə tətbiq etsin”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, şəhid və qazi ailələrinə problem yaradanların adlarını açıqlamaq lazımdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678