Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğaldan azad olunmuş torpaqlarımızda mövcud olmuş idman obyektlərinin sayı açıqlandı – FOTO

140 Baxış

Gənclər və İdman Nazirliyi azad edilən torpaqlarımızda işğaladək mövcud olmuş idman obyektlərinin siyahısını hazırlayıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, işğaldan azad olunmuş Cəbrayıl, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Şuşa və Laçında əvvəllər mövcud olmuş həmin qurğular bunlardır:

Cəbrayıl: Şəhər stadionu, Böyük Mərcanlı kənd stadionu, İdman zalı, Şahmat Məktəbi, kənd futbol meydançaları – altı ədəd

Zəngilan: Səməd Vurğun adına şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, futbol, voleybol, basketbol meydançası, Mincivan qəsəbə şahmat məktəbi, kənd futbol meydançaları – 13 ədəd

Ağdam: “İmarət” stadionu, “İdman şəhərciyi” İdman-Sağlamlıq Parkı, Güllə Atıcılığı Tiri, Şahmat Evi, Üzgüçülük Mərkəzi, kənd futbol meydançaları – 26 ədəd, kənd voleybol meydançaları – 26 ədəd

Qubadlı: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, şəhərdə voleybol meydançası – üç ədəd, kənd futbol meydançaları – 19 ədəd

Kəlbəcər: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, kənd futbol meydançaları – 14 ədəd

Şuşa: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, “Qarabağ” Pioner İdman Düşərgəsi, Şahmat Məktəbi, Şahmat Klubu, Güllə Atıcılığı Tiri, futbol-voleybol meydançası

Laçın: Şəhər stadionu, voleybol meydançaları – üç ədəd, İdman zalı, Şahmat Məktəbi, kənd futbol meydançaları – 28 ədəd, kənd voleybol meydançaları – 15 ədəd.

Qeyd edək ki, yaxın saatlarda işğaldan azad olunmuş Füzuli rayonunun da idman obyektlərinin siyahısı ictimaiyyətə açıqlanacaq.

Səbuhi Musayev


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678