Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dəm qazı yenə can alır – VİDEO

343 Baxış

Ötən ay ərzində 20-dən çox insan dəm qazından zəhərlənib. 

Baku TV xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib. 

O qeyd edib ki, son bir ay ərzində zəhərlənənlər arasında azyaşlılar da olub. Hər il ölkədə dəm qazından onlarla adam zəhərlənərək dünyasını dəyişir. 

Azər Maqsudov onu da qeyd edib ki, havada dəm qazının miqdarı çox olduğu zaman başağrısı, başgicəllənməsi və boğulma başlayır. 

Qazın miqdarı artdıqca, ağırlaşma baş verir və ölüm reallaşır. “Zərərçəkənə ilkin yardım göstərmək üçün onu təmiz havaya çıxarmaq və süni nəfəs vermək lazımdır”, – deyə o bildirib. 

Mütəxxəsislər deyib ki, dəm qazının qurbanı olmamaq üçün bu qaydalara əməl etmək lazımdır:

– Hamam otağının xüsusi pəncərəsi, tüstü ötürücüsü olmalıdır. 

– Hamamda 1 m kub metan qazının yanması üçün 9,5 m kub hava lazımdır. 

– Havanın daxil olması üçün qapının aşağı hissəsində dəliklər olmalıdır.

 – Hamamın ölçüsü 7,5 m kub olmalıdır. 

– Kustar üsulla hazırlanan cihazlara qaz qoşmaq olmaz. 

– Naşı adamlara, lisenziyası olmayan, təhlükəsizlik qaydaları barədə imtahan verməyən şəxslərə qaz sobalarının təmir edilməsinə, profilaktik təmir işlərini görməyə icazə vermək olmaz.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678