Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstanda hakim partiya parlament seçkilərində üstünlük qazanıb

124 Baxış

Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci turunun ilkin nəticələri məlum olub.

TASS agentliyi bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına istinadən xəbər yayıb.

Belə ki, Gürcüstanda parlament seçkilərinin ikinci turunun nəticələrindən sonra hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından olan əksəriyyət millət vəkilliyinə namizədlər 17 birmandatlı dairələrin hamısında qalib gəlib.

Qeyd edək ki, Gürcüstanın səkkiz müxalif partiyası seçkiləri boykot edib və ilk raundda qazandığı mandatlarından imtina edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678